REGİONLAR
KÜRDƏMİRDƏ TAXIL BİÇİNİ KAMPANİYASI UĞURLA DAVAM ETDİRİLİR
Kürdəmir, 18 iyun (AZƏRTAC). Biçin kampanıyasına mütəşəkkil hazırlıqla başlayan Kürdəmir taxılçıları qısa müddətdə arpa sahələrinin 70 faizinin məhsulunu yığmışlar.
Carı ilin məhsulu üçün ötən payızda rayonda 35 min hektarda taxıl əkilmişdi. Güclü leysan Kür çayında suyun səviyyəsinin qalxmasına və qrunt sularının üzə çıxmasına səbəb olmuş, nəticədə taxıl sahələrinin 1700 hektarı məhv olmuşdur. Buna baxmayaraq, Sığırlı, Topalhəsənli, Cəyli, Pirli, Muradxanı və digər kəndlərdə bol məhsul yetişdirilmişdir. Mütəxəssislərin qənaətinə görə, bu mövsümdə zəmilərdən 50-55 min ton taxıl götürüləcəkdir.
Hazırda hər yerdə zəmilər sürətlə biçilir, məhsul itkisiz yığılır. Sahələrə hər gün 80 kambayn, 100-dən çox digər texnika çıxarılır.