İQTİSADİYYAT
KÜRDƏMİR POÇTAMTI BEYNƏLXALQ MÜKAFAT ALMIŞDIR
“Azərpoçt” DM-in Kürdəmir filialı İşgüzar Təcrübədə Yüksək Keyfiyyət Uğrunda Beynəlxalq Fondunun “İşgüzar təcrübədə yüksək keyfiyyət uğrunda” qızıl medalı ilə təltif olunmuşdur.
Poçtamtın rəisi, Ərəstun Əkbərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Beynəlxalq Poçt günü ərəfəsində yüksək mükafata layiq görülməyimiz barədə Cenevrədən göndərilən teleqram kollektivimiz tərəfindən sevinclə qarşılanmışdır.
Bu mükafat son illər ölkəmizin Avropaya inteqrasiya siyasətinin, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının parlaq nəticəsidir. Bu gün nəinki respublika paytaxtında, habelə rayon mərkəzlərində digər xidmət növləri ilə yanaşı, rabitə sahəsində də ən müasir texnologiyalardan istifadə edilir. Bu, beynəlxalq miqyaslı Azərbaycana uğurlar qazandırır.