İQTİSADİYYAT
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİ AZƏRİ LAYİHƏSİ ÜZRƏ APARILAN TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞ OLMUŞLAR
Fevralın 28-də kütləvi informasiya vasitələrinin nümayəndələri Bakı dərin dəniz özülləri zavodunda olmuşlar.”bp-Azərbaycan” şirkətinin təşkil etdiyi bu səfərdən məqsəd jurnalistləri “Azəri” yatağının işlənməsi layihəsi üzrə indiyədək görülən işlərlə tanış etmək və onlarda birləşdirilmiş (“Mərkəzi Azəri” və “Qərbi Azəri”) layihələr barədə tam təəssürat yaratmaq idi.
“Azəri” layihəsinin tikintisi üzrə podratçı MakDermott şirkətinin buradakı ofisində keçirilən mətbuat konfransında çıxış edən “bp-Azərbayçan” şirkətinin vitse-prezidenti Nil Şou, “Mərkəzi Azəri” və “Qərbi Azəri” üzrə layihə direktoru Alan Dann, kompressor və suvurma platforması və “Şərqi Azəri” layihəsinin direktoru Kris Ris, sualtı boru xətləri üzrə layihənin direktoru Toni Boyl, terminal üzrə layihənin direktoru Kus Nyuvenhauze jurnalistlərə görülən və görüləcək işlər barədə ətraflı məlumat vermişlər.
Sonra KİV nümayəndələri platformanın müxtəlif hissələri hazırlanan sexlərdə iş prosesi ilə tanış olmuşlar. Eyni zamanda, podratçı şirkətin mütəxəssisləri platformanın dayaq blokları, üst modulları, göyərtəsi və s. hissələrin daşınması barədə də danışmış və suallara cavab vermişlər.