SİYASƏT
KÜVEYT BEYNƏLXALQ XEYRİYYƏ FONDUNUN AZƏRBAYCAN KORLAR CƏMİYYƏTİNƏ HƏDİYYƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası respublika Korlar Cəmiyyətinin kitabxanasına Brayl əlifbası ilə çap edilmiş 10 nüsxə Qurani-Kərim (hər nüsxə 8 kitabdan ibarətdir) ayrılması xahişi ilə Küveyt Beynəlxalq Xeyriyyə Fonduna müraciət etmişdir.
Fondun rəhbərliyi məktuba müsbət cavab vermiş, kitablar assosiasiya vasitəsilə Bakıya göndərilmişdir.
Respublika Mədəniyyət Nazirliyindən assosiasiyanın sədri Akif Ağatalıbova ünvanlanmış məktubda deyilir ki, bu, müqəddəs ramazan ayında gözdən əlil insanlara böyük hədiyyədir.