DÜNYA


KÜVEYT PARLAMENTİNİN SƏDRİ İRANA HƏRBİ ZƏRBƏLƏR ENDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Küveyt parlamentinin sədri Casim əl-Hərəfinin fikrincə, İrana qarşı hərbi əməliyyatların keçirilməsi regionun bütün ölkələrinə mənfi təsir göstərəcəkdir. O, jurnalistlərlə görüşündə demişdir: “İrana qarşı istənilən hərbi əməliyyatın başlanması təkcə bu əməliyyatların təşəbbüskarları üçün deyil, həm də bütün region üçün ağır nəticələnəcəkdir”.

Əl-Hərəfi ABŞ-ın dövlət katibi Kondoliza Raysın səfəri ərəfəsində regionda problemlərin siyasi vasitələrlə yoluna qoyulacağına ümidvar olduğunu bildirmişdir. O, “ABŞ İrana zərbə endirməkdə israrlı olarsa, Küveyt necə hərəkət edəcəkdir?” sualına Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Məhəmməd əs-Sabahın mövqeyini dəstəkləməklə belə cavab vermişdir: “Xarici işlər naziri Məhəmməd əs-Sabahın bəyanatı xoşuma gəlir. Biz ABŞ-ın quyruq bulayanı yox, müttəfiqləriyik,”.

ABŞ-ın dövlət katibi Küveytdə İran körfəzindəki 6 ərəb dövlətinin, Misirin və İordaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərq problemlərini müzakirə edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.