DÜNYA


KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Latın Amerikası ölkələrində səfərdədir

Bakı, 28 noyabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam Latın Amerikası ölkələrinə turne çərçivəsində Venesuelada rəsmi səfərdədir.

AZƏRTAC Koreya KİV-lərinə istinadla xəbər verir ki, Kim Yon Nam səfər zamanı Venesuelanın rəhbər şəxsləri ilə keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Koreya Mərkəzi Xəbər Agentliyi yazır ki, KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kuba və Meksikada da səfərdə olacaq. O, Meksikanın yeni seçilmiş prezidenti Andres Manuel Lopes Obradorun andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, KXDR Konstitusiyasına əsasən, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri ölkənin nominal dövlət başçısı hesab olunur. Rostov Dövlət Universitetinin məzunu olan 90 yaşlı Kim Yon Nam dünyada vəzifə başında olan ən yaşlı şəxslərdən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.