DÜNYA


KXDR əsgəri Cənubi Koreyaya keçib

Bakı, 1 dekabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) ordusunun əsgəri iki ölkə arasındakı quru sərhədindən Cənubi Koreyaya keçib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bu barədə məlumat yayıb. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri yerli vaxtla səhər 7:56-da KXDR əsgərinin sərhədi keçdiyini müəyyən ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

Qeyd edək ki, bu, iki ölkə arasındakı demilitarizasiya zonasında hərəyə 10 mühafizə postunu ləğv etmələrindən sonra ilk belə hadisədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.