DÜNYA


KXDR idarə olunan taktiki raketlərin sınaqdan keçirildiyini təsdiqləyib

Bakı, 18 yanvar, AZƏRTAC

KXDR Mərkəzi Teleqraf Agentliyi yanvarın 17-də Müdafiə Elmləri Akademiyasının idarə olunan taktiki raket sınaqları keçirildiyini təsdiqləyib.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın rəsmi məlumat orqanı raketlərin ölkənin şərq sahilindəki hədəfi dəqiq vurduğu barədə xəbər yayıb. KXDR rəsmiləri Müdafiə Elmləri Akademiyasının istehsal etdiyi silah sistemlərinin dəqiqliyini, təhlükəsizliyini və effektivliyini təsdiq edib.

Bir müddət öncə Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi KXDR-in yanvarın 17-də Pxenyan yaxınlığında yerləşən Sunan aeroportu ərazisindən Yapon dənizi istiqamətinə iki qısa mənzilli ballistik raket atdığı barədə məlumat vermişdi. Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Şimali Koreya tərəfindən həyata keçirilən dördüncü raket sınağıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.