DÜNYA


KXDR-in dəmir yollarının təftişinə dair razılıq əldə olunub

Bakı, 28 noyabr, AZƏRTAC

Şimali Koreya və Cənubi Koreya noyabrın 30-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) dəmir yolu şəbəkəsinin birgə təftişinə başlayacaqlar.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, birgə mütəxəssislər qrupu 18 gün ərzində KXDR-in qərb və şərq hissəsində dəmir yolunu modernləşdirmək və Cənubi Koreyanın dəmir yolu şəbəkəsinə birləşdirmək üçün yoxlamalar aparacaqlar. Ümumilikdə, təxminən 1200 kilometr uzunluğunda dəmir yolu xətti yoxlanılacaq. Noyabrın 30-da lokomotiv və 6 vaqondan ibarət qatar Seuldan yola çıxaraq, Şimali Koreyanın Keson şəhəri yaxınlığındakı Panmun stansiyasına istiqamətlənəcək. Oradan isə Şimali Koreyaya aid lokomotiv qatarın növbəti mərhələdə hərəkətini təmin edəcək.

Cənubi Koreyadan mütəxəssis və məsul şəxslərdən ibarət 28 nəfərlik heyət qatarla təftiş üçün Şimali Koreyaya yollanacaq.

Bu, iki ölkə liderlərinin cari ilin aprel görüşündə əldə olunmuş razılığa uyğun həyata keçirilir. Əvvəlcə yoxlamanın avqustda aparılması nəzərdə tutulmuşdu. Lakin BMT sanksiyalarının pozulması ilə bağlı ABŞ-ın narahatlığı gecikməyə səbəb olmuşdu. Bu yaxınlarda BMT Təhlükəsizlik Şurası layihəni Şimali Koreyaya tətbiq olunan sanksiyalara aid etməməklə ona “yaşıl işıq yandırıb”.

Tərəflər ilin sonunadək iki ölkənin dəmir yolu şəbəkəsini və avtomobil yollarını birləşdirmək barədə düşünür. Bununla əlaqədar xüsusi mərasimin keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.