DÜNYA


KXDR lideri Kim Çen In Çinə səfərə gəlib

Pekin, 8 yanvar, AZƏRTAC

Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın Çinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb. Bildirilir ki, partiyanın Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında baş tutan səfər yanvarın 10-dək davam edəcək. Hələlik səfərin detalları barədə məlumat verilmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.