DÜNYA


KXDR və Rusiya iqtisadi-mədəni əməkdaşlığa dair müqavilənin 70-ci ildönümünü qeyd edəcəklər

Bakı, 11 mart, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini İm Çon İl Rusiyaya səfərə yola düşüb.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələr aparılacaq. Bundan başqa, KXDR nümayəndə heyəti tərəflər arasında iqtisadi və mədəni əməkdaşlığa dair müqavilənin imzalanmasının 70-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, son vaxtlar Rusiya ilə KXDR arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar aparılır. Ötən həftə tərəflər Moskvada ticarət məsələlərini müzakirə edib, habelə turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.