DÜNYA


Kabil məscidində törədilən partlayış zamanı din xadimi həlak olub

Bakı, 24 may, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabilin şərqindəki məscidlərin birində baş verən partlayış nəticəsində azı bir nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua informasiya agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Hakimiyyət nümayəndələrinin məlumatına görə, partlayış anında məsciddə cümə namazı qılınırdı və bina insanlarla dolu idi. Hadisə yerinə təcili yardım briqadaları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

ToloNews telekanalı həyatını itirən şəxsin tanınmış din xadimi Məvlavi Samiulla Rayhan (Mawlawi Samiullah Raihan) olduğu barədə xəbər yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.