DÜNYA


Kabildə parlament seçkilərinin nəticələri ləğv olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Əfqanıstan seçki komissiyası parlament seçkilərinin nəticələri hesablanarkən Kabil paytaxt vilayətində seçicilərin səslərini nəzərə almamaq barədə qərar qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, buna seçki prosesi zamanı çoxsaylı pozuntular səbəb olub. Belə ki, Kabildə seçkilərin gedişində qayda pozuntusuna dair 2767 şikayət qeydə alınıb. Əfqanıstan seçki komissiyasının fikrincə, həmin vilayətdə seçkilər yenidən keçirilməlidir. Kabil seçki komissiyasının üzvləri hazırda bununla bağlı məsləhətləşmələr aparırlar və son qərar yaxın vaxtlarda elan ediləcək.

1TV telekanalının məlumatına əsasən, Bədəxşan, Baqlan və Vardak vilayətlərində də seçkilərin nəticələri ləğv oluna bilər.

Xatırladaq ki, Əfqanıstan parlamentinin aşağı palatasına seçkilər oktyabrın 20-21-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.