DÜNYA


Kabildə partlayış nəticəsində azı yeddi nəfər həlak olub

Bakı, 13 noyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Kabildə Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində azı yeddi dinc sakin həlak olub, bir o qədər insan da yaralanıb.

AZƏRTAC 1TV News telekanalına istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Nasrat Rahimi bildirib. Partlayış yerli vaxtla saat 7:25-də qeydə alınıb. Yerli hakimiyyət orqanları həlak olanların sayının artacağından ehtiyatlanır.

Partlayış zamanı World Guard xarici mühafizə şirkətinə məxsus avtomobilə ziyan dəydiyi, şirkətin dörd əməkdaşının yaralandığı bildirilir. Zərərçəkənlər arasında uşaqlar da var.

Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.