DÜNYA
Kabildə partlayış nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb
Bakı, 21 noyabr, AZƏRTAC
Çərşənbə axşamı günü Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb, 94 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalı bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.
Xatırladaq ki, partlayış noyabrın 20-də Kabil şəhərinin mərkəzində yerləşən səadət sarayında törədilib. terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu Məhəmməd peyğəmbərin mövludunun bayram edildiyi salonda, izdihamın arasında işə salıb. Telekanalın məlumatına görə, Hadisə zamanı şadlıq salonunda azı min nəfər olub.
Əfqanıstan Prezidenti Əşrəf Qani noyabrın 21-ni ölkədə matəm günü elan edib. Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]