DÜNYA


Kabildə partlayış nəticəsində ölənlərin sayı 60-ı ötüb

Bakı, 18 avqust, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabıldə keçirilən toy mərasimində partlayış nəticəsində ölənlərin sayı 63-ə, yaralıların sayı 182 nəfərə çatıb. Bu barədə “Reuters” agentliyi Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şahidlər faciənin baş verdiyi yerdə onlarca insan cəsədinin olduğunu söyləyiblər. “Reuters” agentliyinin məlumatına görə, “Taliban” hərəkatı bu hadisədə əli olmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl “TOLOnews” agentliyi 40 nəfərin öldüyü və 100 nəfərin yaralandığı barədə məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.