DÜNYA


Kabilin atəşə tutulması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb

Bakı, 7 mart, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabilin atəşə tutulması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Martın 7-də ölkənin siyasi xadimlərinin görüşünün keçirildiyi Kabil şəhərinə 10-dan çox mərmi atılıb. Həmçinin görüşün keçirildiyi yerin yaxınlığında atəş səsləri eşidilib. Siyasətçilər paytaxtın qərbində mücahidlərin lideri Abdullah Əli Məzarinin həlak olmasının ildönümünə həsr olunan tədbirə yığışmışdılar.

İnsident nəticəsində ölkə prezidenti postuna namizədlərdən biri – Əfqanıstan Milli Konqresi partiyasının lideri Əbdül Lətif Pedramın, digər namizədin isə 8 mühafizəçisinin yaralandığı bildirilir.

Əfqanıstanda prezident seçkiləri iyulun 20-nə təyin olunub. Seçkilərdə 18 namizəd, o cümlədən 2014-cü il seçkilərində prezident kürsüsü yarışında əsas rəqiblər olan Əşrəf Qani və Abdullah Abdullah qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.