CƏMİYYƏT


Kafedə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 10 avqust, AZƏRTAC

Nəsimi rayonu ərazisindəki kafelərdən birində avqustun 7-də soyğunçuluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alındığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.