DÜNYA


Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub

Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub

Bakı, 14 mart, AZƏRTAC

Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) AFAD məlumat yayıb.

Qeyd olunub ki, 5.34 km dərinlikdə qeydə alınan zəlzələ 4,9 bal gücündə olub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.