SİYASƏT


Kailaş Satyarti: Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır

Kailaş Satyarti: Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır

Bakı, 10 mart, AZƏRTAC

Qlobal Bakı Forumu hazırkı zamanda çox böyük önəm daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Nobel sülh mükafatı laureatı Kailaş Satyarti Prezident İlham Əliyev ilə görüşdə söyləyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu bildirən qonaq X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb və bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edib.

“Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin (Prezident İlham Əliyev-red.) rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”, - deyə Kailaş Satyarti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.