SİYASƏT


Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir

Bakı, 28 avqust (AZƏRTAC). Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatların xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar, lakin onların rəyi milli xarici siyasəti təmsil etmir. Kaliforniya Ştatının Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.