DÜNYA


Kaliforniya od içində: ölənlərin sayı 59-a çatıb, 130 nəfər itkin düşüb

Bakı, 15 noyabr, AZƏRTAC

Kaliforniyada təbiət yanğınları nəticəsində həlak olanların sayı 59 nəfərə çatıb. Bunu Byutt dairəsinin polis rəisi Kori Honea bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kaliforniya ştatının şimalında davam edən “Kemp” meşə yanğınları 56 nəfərin həyatına son qoyub, daha 130 nəfər itkin düşmüş sayılır. Ştatın cənubunda yerləşən Malibu şəhəri ətrafında “Vulsi” adı verilən yanğın nəticəsində isə 3 nəfər həlak olub.

Hazırda “Kemp” yanğınları 55 min hektar sahəyə yayılıb, 8 mindən çox ev və tikili külə dönüb. Alovun yayılmasının qarşısını yalnız noyabrın 30-dək tam almağın mümkün olacağı bildirilir. Təbii fəlakətlə mübarizəyə 5,1 mindən çox yanğınsöndürən, 622 ədəd xüsusi texnika, 21 helikopter, 107 buldozer, 71 su maşını səfərbər olunub. Həmçinin 461 nəfər və xüsusi təlim görmüş 22 it həlak olanların cəsədlərinin axtarışında iştirak edir.

Malibu şəhəri ətrafında isə 430-dan çox ev məhv olub. Onların arasında bir sıra “ulduzların” - məşhur aktyor və musiqiçilərin malikanələri də var. Məsələn, aktrisalar Mayli Sayrus, Kim Beysinger, Şennen Doerti, aktyor Cerard Batler, musiqiçilər Nil Yanq, Robin Tin, rejissor Skott Derrikson və başqalarının dəyəri milyonlarla dollar olan mülkləri külə dönüb. KİV-in məlumatına görə, teleaparıcı və model Kim Kardaşyan 60 milyon dollarlıq mülkünü qorumaq üçün “şəxsi yanğınsöndürənlər” tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.