DÜNYA


Kaliforniya sakinlərinə koronavirus pandemiyası ilə əlaqədar maddi yardım göstəriləcək

Vaşinqton, 19 fevral, AZƏRTAC

Kaliforniya ştatının qubernatoru və ştatın qanunverici orqanlarının rəhbərləri gəlirləri aşağı səviyyədə olan Kaliforniya sakinlərinin COVID-19 pandemiyası dövründə üzləşdikləri maliyyə çətinlikləri ilə əlaqədar onlara 600 dollar məbləğində yardım göstərilməsi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu ödəniş 9,6 milyard dollar məbləğində iqtisadi bərpa paketinin tərkib hissəsidir. Paketə kiçik biznes üçün qrantlar şəkilində 2,1 milyard dollar da daxildir.

Yeni ödənişlər Nümayəndələr Palatasında demokratlar tərəfindən təklif edilmiş hər nəfərə 1400 dollara qədər birbaşa ödənişlərə əlavə olunacaq. Hər nəfərə 600 dollar məbləğində yardım çeki isə, Konqres tərəfindən artıq təsdiq edilib.

Bu paketə əsasən ştatda 400 minə yaxın uşağa xidmət edən məktəbəqədər müəssisələrə və uşaqlara qulluq müəssisələrinə ştat tərəfindən subsidiyalaşdırılan müavinətlərin ödənilməsi üçün 400 milyon dollardan artıq yeni federal fondlar yaradılması nəzərdə tutulur.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.