DÜNYA


Kaliforniyada “Luçian” qasırğası tüğyan edir

Vaşinqton, 6 fevral, AZƏRTAC

Kaliforniyada böyük miqdarda yağıntının düşməsi və nəticədə təhlükəli sürüşmələrin əmələ gəlməsinə səbəb olan “Luçian” qasırğası tüğyan edir. Əsas şosedə hərəkət o dərəcədə təhlükəli olub ki, fevralın 5-də ştatın hakimiyyət orqanları Kaliforniya ştatındakı Epplgeytdən Nevada ştatının sərhədinədək ştatlararası 80-ci şoseni bağlamaq qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, Qrepvayn yaxınlığında ştatlararası 5-ci trasın ərazisindəki Texon aşırımı vasitəsilə hərəkətə Kaliforniya Yol Xidmətinin patrulları nəzarət edirdilər. Yağan sulu qar dağlarda torpağın yumşalmasına gətirib çıxarıb ki, bu da Frimont rayonunda 84-cü trasa qaya parçalarının düşməsinə səbəb olub. Buna görə də yol ikigünlük bağlanılıb. Analoji səbəb ucbatından San-Fransisko körfəzinin rayonunda 150-ci tras da bağlanılıb. San-Fransisko, Napa dairəsi və Sakramento vadisinə də görünməmiş miqdarda yağıntı düşüb.

Kaliforniya Yol Xidmətinin məlumatına görə, digər traslar da bağlanılıb. Bundan başqa, dairələrin hakimiyyət orqanları qar fırtınası ilə əlaqədar Syerranın qərb hissəsində və Taxo gölündə 5 dağ-xizək kurortunun bağlanmasını tapşırıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.