DÜNYA


Kaliforniyada barda kütləvi qətl törədənin şəxsiyyəti müəyyən edilib

Vaşinqton, 8 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Cənubi Kaliforniyanın populyar barlarından biri olan “Borderline Bar and Grill”da kütləvi qətl nəticəsində ən azı 12 nəfər öldürülüb. Ventura dairəsinin şerifi Ceff Din mətbuat konfransı zamanı bildirib ki, cinayətkarın şəxsiyyəti artıq müəyyən edilib. Bu, 28 yaşlı İan Devid Lonqdur. O, hadisənin baş verdiyi yerdə ölü tapılıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri hesab edirlər ki, Lonq barda insanlara atəş açdıqdan sonra özünü öldürülüb.

Şerif Din bildirib ki, Lonq ABŞ dəniz piyadaları qoşunlarının veteranı olub. Həmçinin bildirilir ki, onun yeganə silahı qanuni yolla aldığı 45 kalibrli “Qlok” tapançası olub. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Lonq 2008-ci ilin avqustundan 2013-cü ilin martınadək ölkənin dəniz piyada qoşunlarında xidmət edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.