DÜNYA


Kaliforniyada baş verən silahlı insident nəticəsində üç nəfər ölüb VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Torrans şəhərində (Kaliforniya ştatı) boulinq-klubda atəş açılması nəticəsində üç nəfər ölüb, daha dörd nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi Twitter səhifəsində yerli polis orqanlarına istinadla məlumat yayıb. Hazırda Torrans şəhər polis departamenti hadisə yerində təhqiqatı davam etdirir. Şəhər sakinlərinə bu ərazidən uzaq durmaları tövsiyə olunub.

Xatırladaq ki, Torrans şəhəri Los-Ancelesdən 32 kilometr aralıda yerləşir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.