DÜNYA
Kaliforniyada baş verən zəlzələ nəticəsində bir neçə nəfər yaralanıb VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Kaliforniya ştatında baş verən güclü zəlzələdən sonra Kern dairəsinin Rickrest şəhərində 2 min nəfər elektriksiz qalıb.
AZƏRTAC “Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Edison” kompaniyası məlumat yayıb. Los-Anceles şəhərinin yanğınsöndürmə xidmətinin məlumatına əsasən, zəlzələ nəticəsində bir neçə nəfər yaralanıb.
Xatırladaq ki, yerli vaxtla saat 03:19-da Kaliforniya ştatının cənubunda 7,1 bal gücündə zəlzələ olub.
San-Bernardino şəhərinin yanğınsöndürmə xidməti təbii fəlakət nəticəsində bəzi evlərin bünövrəsində çatlar əmələ gəldiyini bildirib. Los-Anceles aeroportunun rəhbərliyi yeraltı təkanların iş qrafikinə təsir etmədiyini deyib.