DÜNYA


Kaliforniyada hücum silahı barədə 30 ildən çox qüvvədə olmuş qadağa ləğv edilib

Vaşinqton, 11 iyun, AZƏRTAC

Kaliforniyanın federal hakimi bu ştatda hücum silahlarından istifadə barədə otuz ildən çox əvvəl qəbul edilmiş qadağanı ləğv edib. Hakim həmin qadağanı insanların silah gəzdirmək barədə konstitusion hüququnu pozan “uğursuz eksperiment” adlandırıb.

AZƏRTAC xəbər verir ki, hakim həmin qanunun icrasına daimi qadağa qoyub, lakin ştatın baş prokuroru Rob Bontanın apellyasiya şikayəti verməsinə imkan yaratmaq üçün həmin qanunu 30 gün müddətinə qüvvədə saxlayıb.

Kaliforniya qubernatoru Gevin Nyusom bu qərarı pisləyərək onu “ictimai təhlükəsizliyə və heç bir təqsiri olmayan kaliforniyalıların həyatına birbaşa təhdid” adlandırıb. Hakim 94 səhifəlik qərarında müasir silah barədə müsbət fikir söyləyərək deyib ki, əksər hallarda bu silahdan hüquqi səbəblər əsasında istifadə edilib. Hakim deyib: “İsveçrə ordu bıçağına oxşayan populyar AR-15 tüfəngi ölkənin və evin müdafiəsi üçün ideal silahdır”.

Nyusomun bəyanatında deyilir: “Bu müqayisə həmin qərara etimadı tamamilə puç edir və həmin silah ucbatından doğmalarını itirmiş ailələrə “şapalaq” təsiri bağışlayır. Biz mübarizədən əl çəkməyəcəyik və insanların həyatını xilas edən silah barədə sağlam qanunlar qəbul olunmasında israrlı tələblərimizi davam etdirəcəyik”. Rob Bonta bu qərarı səhv adlandırıb və ondan şikayət edəcəyini bildirib.

Kaliforniya hücum silahı barədə qadağanı ilk dəfə 1989-cu ilə tətbiq edib və o vaxtdan bəri müvafiq qanuna bir neçə dəyişiklik edilib.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.