DÜNYA


Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 6-ya çatıb

Bakı, 30 iyul, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 6-ya çatıb, daha 7 nəfər isə itkin düşüb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, əvvəlcə yanğınlar nəticəsində 5 nəfərin öldüyü bildirilirdi. Yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyə olunub.

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.