DÜNYA


Kaliforniyada meşə yanğınları nəticəsində yüzlərlə ev kül olub

Bakı, 9 noyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları nəticəsində yüzlərlə ev kül olub, bir neçə nəfər ölüb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ştatın yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Ötən gün axşam saatlarından başlayan yanğın 7 min hektardan çox ərazidə yayılıb. Regionda təxminən 50 min insan evakuasiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.