DÜNYA
Kaliforniyada meşə yanğınları səbəbindən 3 min nəfər təxliyə olunur
Bakı, 25 iyun, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının hökuməti güclü meşə yanğınları səbəbindən Sprinq-Velli yaşayış məntəqəsindən 3 min nəfərə yaxın insanı təxliyə etmək barədə göstəriş verib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 24-dən başlayaraq ştatın şimalında tüğyan edən meşə yanğınları indiyədək onlarla tikilini, o cümlədən yaşayış binalarını məhv edib. Yanğınsöndürənlər quraqlıq və güclü külək səbəbindən vəziyyətin daha da mürəkkəbləşdiyini bildirirlər.
Qeyd edək ki, 6,5 kvadratkilometr əraziyə yayılmış meşə yanğınları ilə mübarizəyə yanğınsöndürmə xidmətinin 250-dək əməkdaşı və çox sayda xüsusi texnika, o cümlədən helikopterlər cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]