DÜNYA


Kaliforniyada odlu silahdan açılan atəş nəticəsində beş nəfər ölüb

Bakı, 17 noyabr, AZƏRTAC

ABŞ-ın San-Dieqo şəhərində (Kaliforniya ştatı) odlu silahdan açılan atəş nəticəsində azı beş nəfər həlak olub.

AZƏRTAC Los Angeles Times qəzetinə istinadla xəbər verir ki, insident şəxsi evdə qeydə alınıb. Həlak olanlardan üçü 10 yaşınadək uşaqlar, ikisi isə 31 və 29 yaşlarında kişi və qadındır. Yerli polisin nümayəndəsi, həmçinin odlu silah yarası almış yeniyetmənin xəstəxanaya aparıldığını bildirib.

Hadisənin nə səbəbdən baş verdiyi hələlik müəyyənləşməyib. İnsident barədə polisə məlumat çatdıran şəxs evdən söyüş və qışqırıq səsləri eşidildiyini deyib.

Ölənlərdən birinin atəş açan şəxs olduğu ehtimal edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.