CƏMİYYƏT


Kaliforniyada ölüm təhlükəli vadi qızdırmasına yoluxma halları artıb

Vaşqinton, 8 fevral, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Səhiyyə Derpartamentinin nümayəndələri bu həftə bildiriblər ki, ştatın ərazisində “vadi qızdırması” adlandırılan ölüm təhlükəli xəstəlik yayılır. Məlumatda deyilir ki, təkcə 2018-ci ildə bu xəstəliyə 7886 yoluxma faktı qeydə alınıb ki, bu da inişildəkindən 11 faiz çoxdur. Lakin hətta bu rəqəmlər də dəqiq deyil. 2018-ci il üçün yekun statistika bu ilin martında departamentin hesabatında açıqlanacaq.

“Səhra revmatizmi”, “San-İoahim vadisinin qızdırması” və “koksidioidomikoz” adları ilə də məşhur olan vadi qızdırmasını torpaq göbələyi törədir. Bu xəstəliyə göbələyin havaya yayılan çox xırda sporları ilə nəfəs alan adama yoluxa bilər. Vadi qızdırması insandan insana keçmir. Onun əlamətləri qripə bənzəyir: öskürək, titrəmə, yüksək temperatur, sinədə və bütün bədəndə ağrı. Göbələyin sporları sətəlcəmə səbəb olur. Bəzi hallarda infeksiya ağciyərdən beyinə, sümüklərə, dəri və ya gözlərə yayılaraq, korluğa, ağciyər çatışmazlığına və hətta ölümə gətirib çıxarır. Kaliforniyanın hakimiyyət orqanları bildiriblər ki, 2017-ci ildə vadi qızdırmasından 9 min adam ölüb, lakin 2018-ci ildə bu xəstəlikdən ölüm halları barədə məlumat hələlik açıqlanmayıb.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.