DÜNYA


Kaliforniyada pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib

Vaşinqton, 16 iyun, AZƏRTAC

ABŞ-ın ən iri ştatı olan Kaliforniyada COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə 15 aydan bəri davam edən bütün məhdudiyyətlər iyunun 15-də ləğv edilib.

AZƏRTAC xəbər verir ki, Kaliforniya koronavirusun yayılma səviyyəsinə görə, ştatlar arasında 41-ci yeri tutur. Son həftə ərzində ABŞ-da COVID-19-a yeni yoluxma hallarının 6,19 faizi ölkə əhalisinin 11,87 faizinin yaşadığı bu regionda qeydə alınıb.

Ötən il dekabr ayında Kaliforniya pandemiyanın episentri elan edilmişdi. Bu ştatda COVID-19 səbəbindən dekabrda 30 min nəfər, bu ilin yanvarında isə 45 min nəfər vəfat edib.

Ötən ilin dekabr ayında Kaliforniyada yeni yoluxanların sayı 54 minə yaxın olduğu halda ötən həftə yeni yoluxanların gündəlik sayı 792-dən 1136-ya qədər dəyişib.

Yanvar ayında Los-Anceles dairəsində krematoriyalarda meyitlərin yandırılmasına imkan yaratmaq üçün havanın keyfiyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılmışdı. İyunun 14-də bu dairədə 135 yoluxma halı qeydə alınıb. Bu müsbət irəliləyiş həm də ştatda vaksinasiyanın miqyası ilə bağlıdır. Belə ki, Kaliforniya sakinlərinə 49 milyon vaksin vurulub, yaşlı əhalinin 72 faizi azı bir doza vaksin qəbul edib.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.