DÜNYA


Kaliforniyada qazlı şirin içkilərin qadağan edilməsi barədə qanun layihələri təqdim edilib

Vaşinqton, 23 fevral, AZƏRTAC

Kaliforniya qanunvericiləri bu ştatın sakinləri tərəfindən qazlı şirin içkilər istehlakını azaltmaq məqsədilə həmin içkilər üçün vergilər tətbiq edilməsi barədə beş qanun layihəsi təqdim ediblər. Hesab edilir ki, bu cür içkilər piylənməyə, ürək-damar xəstəliklərinə, diabetə və sağlamlıqla bağlı başqa problemlərə yol açır.

AZƏRTAC xəbər verir ki, Kaliforniya qanunverici məclisinin üzvləri tərəfindən təklif edilən tədbirlər bunlardır: əlavə vergi, qazlı şirin su şüşələrinin üzərində xəbərdaredici mətnlər yazılması, belə içkilərin böyük ölçülü butulkalarda satışının qadağan edilməsi, qazlı içki butulkalarının kassaların yanında yerləşdirilməsi, habelə “Coca-Cola” və “PepsiCo” kimi şirkətlər tərəfindən şirin içkilərin mağazalarda və barlarda reklamının qadağan edilməsi, həmin şirkətlərin məhsullarının pərakəndə satış sistemində güzəştli qiymətlərlə təklif edilməməsi və s.

Yusif Babanlı

AZƏRTAC –ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.