DÜNYA


Kaliforniyada silahlı atışmada ən azı 3 nəfər ölüb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatındakı Gilroy şəhərində qastronomik festival zamanı baş vermiş silahlı atışma nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, festivalın keçirildiyi ərazidə insanlara atəş açan şəxs polis tərəfindən məhv edilib. Bunu mətbuat konfransında şəhərin polis rəisi Skott Smiti bildirib. Onun sözlərinə görə, cinayətkar festivalın keçirildiyi əraziyə çəpərləri aşaraq daxil olub və avtomat silahdan atəş açmağa başlayıb. “Ən azı 15 nəfər xəsarət alıb. Cinayətkar da daxil olmaqla 4 nəfər ölüb”, -deyə o əlavə edib.

Polis rəisi qeyd edib ki, əldə olunan məlumata görə, cinayətkarın ortağı da olub. Hazırda onun axtarışları davam edir. Öldürülən qatilin şəxsiyyəti açıqlanmır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.