DÜNYA


Kaliforniyada təbiət yanğınları 800 min hektardan çox əraziyə yayılıb

Bakı, 8 sentyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının sahəsi 2018-ci il rekordunu yeniləyərək 2 milyon akr (809 min hektar) ərazini əhatə edib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu, ştat ərazisində qeydə alınan rekord göstəricidir. Əvvəlki rekord 2018-ci ildə qeydə alınmışdı. O zaman Kaliforniyada il ərzində 1,96 milyon akr (793,1 min hektar) meşə ərazisi zərər çəkmişdi.

Artıq yanğınlar elektrik enerjisi təminatında ciddi problemlər yaradıb. “Pacific Gas & Electric” kompaniyası Mərkəzi və Şimali Kaliforniyadakı istifadəçilərə elektrikin kəsiləcəyi barədə xəbərdarlıq edib. Bundan başqa, yerli hakimiyyət orqanları ştat ərazisində yerləşən səkkiz milli parkı bağlamaq qərarına gəlib.

Qeyd edək ki, avqustun 15-dən bəri Kaliforniya ştatında 900-ə yaxın təbiət yanğını qeydə alınıb. Yanğınlar nəticəsində 3,3 min tikili zərər görüb, səkkiz nəfər həlak olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.