SİYASƏT


Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib

Bakı, 13 may, AZƏRTAC 

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il 28 may tarixini Azərbaycan Milli Günü elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea tərəfindən müvafiq bəyannamə imzalanıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə amerikalı azərbaycanlıların şəhərin sosial-iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir. Bəyannamədə amerikalı azərbaycanlıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irs vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı icmanın dəyərli töhfələrini təqdir etdiyi bildirilir.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə Azərbaycan Milli Günü elan edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.