İDMAN


Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsi ideyasından imtina edə bilər

Bakı, 31 oktyabr, AZƏRTAC

Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək ideyasından imtina edə bilər.

AZƏRTAC xəbər verir ki, Kanadada Oyunların maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları əmələ gəlib. Bu səbəbdən də qiymətləndirmə komissiyası noyabrın 13-nə planlaşdırılan referendumun keçirilməsini mənasız hesab edir.

Kanada və Kalqarinin hakimiyyət orqanları Olimpiadanın təşkilinə sərf olunacaq xərcləri necə bölüşdürmək barədə razılığa gələ bilməyiblər. Oyunların keçirilməsinin ümumi xərci təxminən 4 milyard dollar dəyərləndirilir. Bu vəsaitin 60 faizini ölkə və şəhər hakimiyyət orqanları ödəməlidir. Bununla belə, federal hakimiyyət orqanları tələb olunan məbləğin yalnız yarısını ödəməyə hazırdırlar. Bu isə Kalqarini qane etmir.

Xatırladaq ki, Kalqari ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsi Milan və Kortina-d’Ampetssonun birgə müraciətini, həmçinin Stokholmun namizədliyini qeydiyyata alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.