CƏMİYYƏT


Kalqari Stampid festivalının iştirakçıları Azərbaycan barədə ətraflı məlumatlandırılıb

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Kanadanın Kalqari şəhərində keçirilən ənənəvi Kalqari Stampid (“Calgary Stampede”) kovboy rodeo festivalında təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (“ALACS”) təşkilatçılığı ilə festivalda yaradılmış Azərbaycan pavilyonu informasiya bolluğu və milli rəqslərimizin nümayişi ilə seçilib. Qonaqlar Azərbaycanın qədim tarixi, coğrafiyası, zəngin mədəniyyəti, milli adət-ənənələri və əyləncəli oyunları ilə tanış olmaq imkanı qazanıblar.

Prinston Universitetinin tələbəsi Timur Şamilov-Qubski tərəfindən hazırlanan Azərbaycana virtual tur isə yerli sakinlərdə böyük maraq doğurub və gələcəkdə ölkəmizə səfər etmək imkanlarını nəzərdən keçirməyə kömək edib.

“Azeri Calgary Stars” və “Spirit of Land of Fire” Azərbaycan rəqs kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

Qeyd edək ki, hər il iyulun əvvəlində 10 gün ərzində keçirilən “Calgary Stampede” festivalını bir milyondan çox kanadalı ziyarət edir. Festival zamanı dünyanın müxtəlif ölkələrindən – ABŞ, Böyük Britaniya, Şotlandiya, Avstraliya, Almaniyadan orkestr, həmçinin musiqi qruplarının iştirak etdiyi kənd təsərrüfatı yarmarkası və parad keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.