CƏMİYYƏT


Kalsium sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynayır

Bakı, 18 sentyabr, AZƏRTAC

İnsan orqanizmində kalsium çatışmazlığı aktual problemlərdən biridir. Mütəxəssislərin fikrincə, əslində kalsium çatışmazlığının əsası uşaq yaşlarından yaranmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə edilməməsi zaman keçdikcə öz təsirini göstərir.

Süd əsl kalsium mənbəyidir. Müəyyən edilib ki, 1 stəkan süd içilməsi orqanizmin 13 qram karbohidrat, 8 qram yağ, 290 milliqram kalsium və digər vitaminlərlə təmin olunması deməkdir.

Süd zülallarının bitki mənşəli zülallara görə keyfiyyəti daha yüksəkdir. İnsan bədəni süd zülallarını daha yaxşı mənimsəyir. Xüsusilə böyümə, inkişaf çağında olan uşaqların sümüklərinin və toxuma zülallarının inkişafına faydalıdır. Bədəndəki yaraların sağalmasına və iltihabların aradan qaldırılmasında zülalın böyük təsiri var.

Həkim-endokrinoloq Gülay Məmmədova bu barədə AZƏRTAC-a deyib: “Kalsiumla ən çox zəngin olan küncütdür. İspanaqda və yarpızda çox az miqdarda olsa da, kalsium var və onlardan orqanizmə lazım olan gündəlik kalsiumu almaq olmur. Həm də kalsiumu D vitamin ilə birlikdə qəbul etmək lazımdır ki, onun sümüklərə ötürülməsini təmin etsin”.

Tədqiqatlar nəticəsində məlum olub ki, gün ərzində 19-50 yaşlarında olanlar 1000 mq, 51 yaşdan yuxarı olanlar isə 1200 mq kalsium qəbul etməlidir. Kalsium çatışmazlığı orqanizmdə bir sıra problemlərə səbəb ola bilər.

Həkim-endokrinoloq deyib: “Kalsium mübadiləsi normal olanda təzyiq də normal olur. Kalsiumun ən başlıca göstəricisi orqanizmin qoruyucu sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynamasıdır. Sümük-dayaq sistemi nəinki hərəkət zamanı, həyati vacib orqan olan baş-beyin, ürək-damar və daxili orqanların qorunmasında bir karkas rolu oynayır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.