ELM VƏ TƏHSİL


Kalsiumdan ucuz akkumulyator yaratmaq üçün elektrolit sintez edildi

Bakı, 19 sentyabr, AZƏRTAC

Litium-ion batareyalara daha təhlükəsiz və ucuz alternativ olan və təbiətdə 2500 dəfə daha çox yayılmış kalsium əsasında akkumulyatorlar tezliklə istehsal oluna bilər. Belə batareyalarda elektronların sayı ən azı iki dəfə çoxdur. Bu o deməkdir ki, akkumulyatorlar daha nazik və yüngül ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında məlumat verilib. Məlumatda bildirilir ki, alman mütəxəssislər ftorlu birləşmədən yeni tip kalsium duzu sintez ediblər.

Alınmış material elektriki məlum olan hər hansı kalsium elektrolitdən daha yaxşı keçirir. Həmçinin yüksək gərginlik zamanı o, ionları daha effektli ötürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.