İDMAN


“Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib

Bakı, 4 avqust, AZƏRTAC

İtaliyanın “Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Mütəxəssislə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

“Roma”nın sabiq baş məşqçisi Françeskonun son klubu “Sampdoriya” olub.

Xatırladaq ki, “Kalyari” İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.