ELM VƏ TƏHSİL


Kamal Abdulla: ADU-da valideynlərlə səmimi münasibətlərin qurulması üçün bütün səylər göstəriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla universitetdə valideyn şurasının üzvləri ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor K.Abdulla universitetdə təhsil alan tələbələrin perspektivli gənclər olduğunu söyləyib.

Gənclərin ümummilli lider Heydər Əliyevin əmanəti olduğunu və tələbələrlə mütəmadi görüşlərin keçirildiyini deyən rektor valideynlərlə də səmimi münasibətlərin qurulması üçün bütün səylərin göstəriləcəyini qeyd edib. O, ADU-da valideyn şurasının yaradılmasına ciddi yanaşıldığını və valideynləri də daim onun tam bərabərhüquqlu üzvləri kimi görmək arzusunda olduğunu bildirib.

K.Abdulla fakültələr üzrə valideyn şuralarının da yaradılmasının zəruriliyini vurğulayıb, universitetdə keçirilən rəsmi görüşlər, müxtəlif tədbirlər, o cümlədən birinci kursda təhsil alan tələbələrin ehtiyacı olduqları bədii kitabların ADU-nun maliyyəsi hesabına verilməsi haqqında məlumat verib.

Çıxış edənlər valideynlərin universitetin yalnız tədris işlərində deyil, həmçinin ADU-nun sosial-ictimai həyatında fəal iştirak etməklərinin vacibliyini söyləyib, onların tövsiyə və təkliflərinin ali məktəbin inkişafı üçün mühüm amil olacağını deyiblər.

Valideynlər ADU-da keyfiyyətli tədris prosesindən, şəffaflıqdan, tələbələrə qarşı qayğıkeş münasibətdən razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.