Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdulla: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə bir xalq kimi özünü yenidən kəşf etdi

Kamal Abdulla: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə bir xalq kimi özünü yenidən kəşf etdi

Bakı, 12 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Möhtəşəm Qələbəmiz əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, filologiya elmləri doktoru, akademik, xalq yazıçısı Kamal Abdulla söyləyib.

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin ildönümünü təntənə ilə qeyd etdiyini vurğulayan akademik deyib: “Bütün xalqların tarixində məğlubiyyət və Zəfər dövrü olur. Biz 2020-ci ildə Vətən müharibəsində Qələbə qazandıq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə bir xalq kimi özünü yenidən kəşf etdi. Möhtəşəm Qələbəmizlə qürurumuz daha da artdı. Bu tarix Azərbaycan xalqının şərəf və ləyaqət tarixidir. Biz bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə çox minnətdarıq, onların qarşısında baş əyirik. Möhtəşəm Qələbəmiz üçün Vətən naminə canından keçən şəhidlərimizə, igidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”.

Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi missiyasından, gələcək nəsillər qarşısında xidmətlərindən danışan filologiya elmləri doktoru bildirib ki, əgər Ordumuz döyüş meydanında vuruşurdusa, dövlətimizin başçısı bir neçə istiqamətdə mübarizə aparırdı. Bu mübarizə həm diplomatiya, həm informasiya, həm siyasət, ümumiyyətlə, bütün istiqamətlərdə gedirdi. Prezident, Müzəffər Ali Baş Komandan dünyanın nüfuzlu televiziya kanallarına, media qurumlarına müsahibələrində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq təşkilatların məsuliyyətini xatırladır və onları mövcud münaqişəyə münasibətdə ikili standart yürütməkdə haqlı olaraq tənqid edirdi. Dövlətimizin başçısı müsahibələrində yüksək savad, bilik, intellekt və mədəniyyət nümayiş etdirərək bizi ləkələməyə çalışan bədniyyətli qüvvələrə tutarlı cavablar verirdi. Bu, Azərbaycan Liderinin nəinki ikili standart yürüdənlərə, ümumiyyətlə, haqsızlığa, ədalətsizliyə etiraz çağırışı idi.

Prezident İlham Əliyevin Qarabağ həqiqətləri ilə müsahibələrində həm də dərs verdiyini diqqətə çatdıran Kamal Abdulla qeyd edib ki, dövlətimizin başçısı nəinki Ermənistanın siyasi rəhbərliyinə, dünyanın bir sıra ölkələrinin liderlərinə həqiqət, tarix və ədalət dərsi keçirdi. “Prezidentimiz Azərbaycanın tarixini, mədəniyyətini, ənənələrini anlatmaqla yanaşı, ölkəmizin bu günü, gələcəyi ilə bağlı düşüncələrini, planlarını beynəlxalq aləmə çatdırırdı. Prezident İlham Əliyev onlara başa salırdı ki, rəhbərin sözü ilə əməli üst-üstə düşməlidir, liderlər verdikləri sözü tutmalıdırlar. Bəyan edirdi ki, liderliyin ən ümdə xüsusiyyətlərindən biri də məhz dürüstlük, doğruluqdur. Çünki biz özümüz dövlət, xalq olaraq dürüstlüyə, doğruluğa önəm veririk və bütün dünya 44 günlük Vətən müharibəsində bizim haqlı, düzgün yolda olduğumuzu gördü”, - deyə K.Abdulla əlavə edib.

Rektorun sözlərinə görə, dövlətimizin başçısı müharibə dövründə Azərbaycan xalqına əslində hesabat verirdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik siyasəti, əzmi, qətiyyəti, xalqına inamı Zəfərimizi şərtləndirdi. Azərbaycan Lideri ürəyindəki məhəbbət, gözlərindəki qətiyyət ilə yorulmaq bilmədən çalışır, bizi anbaan Zəfərə yaxınlaşdırırdı.

“Biz Zəfər ilinə günbəgün, aybaay yaxınlaşırdıq. Azərbaycan Prezidentindən savayı, bunun nə vaxt olacağını heç kim bilə bilməzdi. Prezidentimizə inam hər şeydən öndədir və xalq öz Liderinə inanırdı. Bilirdi ki, belə davam edə bilməz və torpaqlarımız mütləq işğaldan azad ediləcək. Sadəcə, zamana ehtiyac vardı. Bu, tez və ya gec ola bilərdi və oldu.

Erməni saytlarını izləyəndə Azərbaycan Ordusunun qüdrətini bir daha dərindən anlayırsan. Düşmən də dövlətimizin, Ordumuzun, döyüş texnikamızın gücünü etiraf edir. Onları dinlədikcə döyüşçülərimizin mərdliyinə, cəsarətinə, vətənpərvərliyinə heyran qalmamaq mümkün deyil.

Dünya şahid oldu ki, Azərbaycan xalqı öz müqəddəratını özü həll etməyə, ərazi bütövlüyünü öz gücünə bərpa etməyə qadirdir. Azərbaycan xalqı qalib xalq olduğunu təsdiqlədi. Xalqımız özü də qalib olduğunu bilir və həmin o qalib xalq adını daim məğrur şəkildə daşıyacaq. Bizim xalqımıza yalnız Zəfər, xoş günlər, humanizm, insanlıq yaraşır”, - deyə Kamal Abdulla vurğulayıb.

Azərbaycan Prezidentinin öz müsahibələri və çıxışları ilə həm də daxilə yönəlik dərs verdiyini, çox incə mətləbləri anlatdığını deyən filologiya elmləri doktoru bildirib: “Düşünürəm ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bizə böyük ruh yüksəkliyi bəxş edərək, zirvədə dayanmağa layiq olduğumuzu anlatdı. Biz qalib xalqıq və qalib xalqın nümayəndələri ancaq yüksək amallar, ideyalar uğrunda yaşayır və mübarizə aparır. Oğurluğu, quldurluğu, cinayəti, ümumiyyətlə, pis əməlləri ancaq cılız xalqların nümayəndələri edə bilərlər.

Azərbaycan xalqı öz Liderinə - İlham Əliyevə arxalanaraq düşmənə və dünyaya sübut etdi ki, bu xalq öz torpağı uğrunda ölməyə hazırdır. Torpaq əgər uğrunda ölən varsa Vətəndir. Torpaq uğrunda döyüşmək, qan tökmək bizim tariximizdə var və Azərbaycan xalqı əsrlər boyu bunu sübut edib. Bütün dünya da 2020-ci ilin 44 günlük müharibəsində bunun bir daha şahidi oldu”.

Akademik bildirib ki, müharibənin ilk günlərindən hamımızda bur əminlik var idi ki, biz Qələbə çalacağıq. Bu əminliyi Azərbaycan xalqında Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaratmışdı. Dövlətimizin başçısının inamlı çıxışları, səsindəki qətiyyət, gözlərindəki işıq bizə təlqin edirdi ki, Zəfər bizimdir. Biz bu dəfə itirilmiş torpaqları geri alacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və qətiyyəti, iradəsi ilə onu qəbul etdirdi. Bundan sonra əsas və vacib işimiz Qarabağımızın dirçəlişi və inkişafıdır.

Zəfərimizdən sonra yeni nəslin daha ürəkli, daha vətənpərvər ruhda böyüyəcəyini vurğulayan Kamal Abdulla fikirlərini belə əsaslandırıb: “Azərbaycan gəncləri çox istedadlı, qabiliyyətli və vətənpərvərdirlər. Yeni nəsil daha intellektual, daha qətiyyətli, daha inamlı böyüyür. Çünki bu nəsil qalib xalqın nümayəndələridir. Onlar bu imkandan bəhrələnir və bəhrələnməlidirlər. Yeni nəsil Zəfərimizdən qürur duyaraq formalaşır.

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında ərsəyə gələn “Həqiqətin onomastikası” nəşrindən də söz açan akademik qeyd edib ki, dövlətimizin başçısı hər zaman çıxışlarında bildirir ki, indiki Ermənistan ərazisindəki kənd, şəhər, dağ, meşə, çay adları türk mənşəli Azərbaycan adlarıdır. Tədricən bu adlar dəyişdirilərək erməniləşdirilib. Bununla onlar bu yerlərin tarixən bizə məxsus olduğunu gizlətməyə çalışıblar. Biz bununla bağlı bütün sənədləri bir yerə topladıq və “Həqiqətin onomastikası” adlı nəşr ortaya çıxdı. Biz bu kitabda dəyişdirilmiş adları lüğət halına salmışıq. Həqiqət elə bir şeydir ki, onu nə qədər dərinlərdə gizlətsən, örtüb basırsan da, mütləq bir gün ortaya çıxacaqdır. Yəni, həqiqət tarixin köksündə yatır. Kitabın ikinci nəşri ilə yanaşı, həm də onun beynəlxalq auditoriyaya çatması üçün rus və ingilis dillərinə tərcüməsi üzərində işləyirik. Sonra bu kitab başqa dillərə də tərcümə ediləcək”.

Akademikin sözlərinə görə, 1903-cü ildə Rusiyanın hərbi dairəsi tərəfindən çəkilmiş bir xəritədə bir dənə də olsun erməni adı yoxdur, hamısı türk adlarıdır. Bu tarixi necə məhv etmək olar?! Qeyri-mümkündür! Bu xalqın ziyalıları, nümayəndələri hər şeyi xatırlayır, çünki onlar bu barədə həqiqətləri əcdadlarından eşidiblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb