Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdullayev: Azərbaycana olan maraq Azərbaycana sevgiyə çevrilməkdədir

Bakı, 1 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Böyük Britaniyanın “Faith Matters” təşkilatı ilə birgə Londonda silsilə tədbirlər keçirilib.

Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevdən bu səfər və keçirilən tədbirlərlə bağlı təəssüratlarını öyrəndik. AZƏRTAC müsahibəni təqdim edir.

–Kamal müəllim, Azərbaycanda mövcud olan multikultural durumun və Azərbaycan multikulturalizminin özəlliklərinin dünya dövlətlərinə və xalqlarına təqdim olunmasında növbəti ünvan Böyük Britaniya oldu. Burada xüsusi bir səbəb varmı?

–“Multikulturalizm ili” çərçivəsində Azərbaycan dini tolerantlıq modelinin Avropa ölkələrində nümayiş etdirilməsi artıq ənənəyə çevrilir. Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu. Böyük Britaniya bu baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir multikulturalizmin iflasını elan edir. Digər tərəfdən bu yaxınlarda London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan şəxs seçilir.

İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyil edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır? Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya ictimaiyyətinə, eyni zamanda, dövlətlərinə bir dəyərli mesaj idi. Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin ədalətli həlli məsələsini adekvat qəbul edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə bu istiqamətdə söhbətə, bizim dəyərlərimizi öyrənməyə, müzakirə etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə, London səfəri bunu bir daha sübut etdi.

–Azərbaycan bu gün təkcə enerji və digər təbii resursları ilə deyil, həm də insan kapitalı və mədəniyyət mərkəzi kimi dünyanın diqqətindədir. Bunu nə ilə əlaqələndirirsiniz?

–Əgər bu gün Azərbaycan dedikdə bir xarici üçün artıq “bu sözün arxasında nələr durur” yelpazəsini açmağa ehtiyac yoxdursa, heç şübhəsiz, bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin xidmətidir, Prezident İlham Əliyevin titanik zəhmətinin nəticəsidir. Bu gün başqa bir təbəddülatın şahidi oluruq. Bu gün biz Azərbaycana marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual platformaya keçidini görürük. O da var ki, ölkəmizə marağın bu istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Məlumdur ki, XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə Azərbaycanın ədəbi-elmi potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi. Sonra bu potensial “sovet gerçəkliyi”nin məlum ideoloji-siyasi rejimində əridi və gözdən itdi. Bu gün biz bu marağın yenidən, özü də xeyli intensivləşmiş formasının ortaya çıxmasını müşahidə edirik. Bu prosesin daimi olması üçün, Azərbaycana olan marağı Azərbaycana sevgiyə çevirmək və Azərbaycan həqiqətinin hamıya eyni dərəcədə parlaması üçün biz öz tərəfimizdən sistemli, konseptual layihələr təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Beynəlxalq Humanitar forumlar, “Bakı prosesi”nin müxtəlif layihələri, Azərbaycan multikulturalizm modelinin get-gedə təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.

–Böyük Britaniyada keçirilən tədbirlərdə hansı heyətlə iştirak edirdiniz?

–Görüşlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri arxiyepiskop Aleksandr Ata, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov iştirak edirdilər. Görüşlərin təşkilində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və şəxsən səfir Tahir Tağızadənin zəhmətini qeyd etmək lazımdır.

Görürsünüzmü, seçilmiş heyət artıq öz-özlüyündə Azərbaycanın xoş məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni zamanda, dövlətə, azərbaycançılıq ideyasına sədaqəti bu gün nail olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına bilavasitə əldə edilən uğurdur.

–Kamal müəllim, bildiyimizə görə İngiltərədə tam müxtəlif platformalarda tədbirlərdə iştirak etmisiniz. Bu tədbirlərdə yerli iştirakçıların ilkin reaksiyası necə idi?

–Bizim səfirliyimiz və “Faith Matters” təşkilatının birgə keçirdiyi “Azərbaycan tolerantlıq və dinlərarası birgəyaşayış modeli” adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzlu “Üç Dinin Forumu” adlı təşkilatda keçirilən “dəyirmi masa”da son dərəcə maraqlı söhbətlər və fikir mübadilələri oldu. Biz onun şahidiyik ki, İngiltərədəki həmkarlarımız bizi – ölkəmizi, xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət deyil.

–Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif dini icmaların ölkəmizə qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi oldumu?

–Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə hazırdırlar. Bu, bizə nə verər?

Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində əsas rol oynayardı. Bundan sonrakı birgə “dəyirmi masalar”ın, konfransların funksiya və ünvanları daha da zənginləşərdi.

–Multikulturalizmin Azərbaycan modelinin dünyamızda sülh və sabitliyə töhfə kimi əhəmiyyətini və perspektivini necə dəyərləndirərdiniz?

–Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni həyat verir. Ulu Öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm xadimlərinə, diplomatlara və parlament üzvlərinə çatdıranda bunun əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada, İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin dünyaya çıxışı deməkdir. Siyasi və ideoloji gələcəyə tuşlanmış son dərəcə vacib perspektivlərdir.

–Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qarşısında qoyduğu məsələlər və onların həlli ilə bağlı fikirlərinizi bilmək istərdik.

–Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz yaradıcısı Prezident İlham Əliyevin qarşıya qoyduğu ideoloji hədəflərə doğru inamla irəliləyir. Deyim ki, biz bu işləri çətinliklərdən keçə-keçə görürük, doğru olmaz. Hədəflər o qədər aydın və o qədər dəqiq göstərilib və onlara yetişmək üçün cənab Prezident tərəfindən elə möhkəm siyasi və insani zəmin hazırlanıb ki, görülən və görüləcək bütün işlərin uğurla başa çatdırılması əvvəlcədən şübhəsizdir. Bu ideyalar indiyə qədər baş tutan bütün görüşlərdə – həm Almaniyada, həm İsveçdə, həm də İngiltərədə təkcə bizim yox, xarici həmkarlarımız tərəfindən də inamla səsləndirildi. Həqiqətən, Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər

T.S.Süleymanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Nazirlər Kabinetinin geniş iclası keçirilib

Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO

Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb

Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır

Elm və təhsil naziri Əməkdar müəllim Faina Ələkbərova ilə görüşüb

Azərbaycan və Pakistan sahibkar qadınları arasında iqtisadi əlaqələr müzakirə olunub

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumuna qeydiyyat aparılır

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi ikili diplom proqramı çərçivəsində Türkiyədə təhsil alacaq

Gəncədə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb

Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb

Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri bəyənilib

Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur VİDEO

Müharibə zamanı tədris üçün təlimə dair layihə çərçivəsində seminar

KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan iş adamları ilə görüşüb

Şərqşünas alim antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib

Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında” 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dubayda dünyanın ilk üzən məscidi tikiləcək

Prezident İlham Əliyev İtaliya xalqına başsağlığı verib

Azərbaycanın dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” yekunlaşıb

Heydər Əliyev adına Hərbi İnstitutda təhsilin təşkili qaydası dəyişib

Ordunuzun yüksək peşəkarlığı antiterror tədbirlərinin qısa zamanda yekunlaşması ilə nəticələndi – Hərbi ekspert

Ukraynalı ekspert: Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəti qələbəsi böyük epoxanın sonu oldu

Tarix Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Şərqşünaslıq İnstitutunun nəşrləri Türkiyə 29 Mayıs Universitetinin kitabxanasına hədiyyə edilib

Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi müəyyənləşib

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ölkəmizə gətirilib

XİN-də diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi keçirilib

Xəbərdarlıq: Rayonlarda hava qeyri-sabit olacaq

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə

Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir

London və Mançesterdə Ermənistanın mina terroru ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

Azərbaycan Ordusu Vətən müharibəsindən sonra hərb sahəsində yeni bir modelin müəllifi oldu - ŞƏRH

Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar

Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb VİDEO

Fransada etiraz nümayişləri yenidən alovlanır

Mərkəzləşdirilmiş Antivirus Sistemi vasitəsilə birinci yarımildə 2,8 milyon zərərverici virus bloklanıb

"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb

ADNSU-nun rektor əvəzi: Elektron universitet sistemi müəllimlər və tələbələr arasında sıx rabitəni yaratmağa kömək edəcək

Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması üçün 1000 nəfərlik çadır düşərgələri qurulub 

Dünya seriyalı turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz Vətənə qayıdıb

Avropada dizel yanacağı bahalaşıb

Hüquq-mühafizə bölmələri başçıları komitəsinin iclasi keçirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı VİDEO

Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür

DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi olub

2030-cu ilədək vərəmə son qoyulmalıdır

Ombudsman: Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın Assambleyasının iclasında çıxış edib

Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində tədbirlərin keçirilməsi ölkəmizdə kiberməlumatlılığın artmasının bariz nümunəsidir

Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Bu gün Çində XIX Asiya oyunları start götürəcək

İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmi böyük maraqla qarşılanıb

Nazirlik: Məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür

Xəzər Universiteti 23-cü Çin Beynəlxalq Sənaye Sərgisində təmsil olunub

Ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Albert Aqarunovun vurduğu erməni tankı demontaj olunub və Bakıya gətirilib

Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib

Peşə təmayüllü siniflərdə təhsil alan məzunların qəbul nəticələri açıqlanıb

İrakli Qaribaşvili: Gürcüstan regionda daimi sülh naminə Azərbaycan və Ermənistanla işləməyə hazırdır

Azərbaycan Cənubi Qafqazın münaqişə deyil, sülh, əməkdaşlıq regionu kimi tanınmasını istəyir - AÇIQLAMA

Azərbaycanın Rus İcması: Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb

FHN: Ötən sutka ərzində 16 halda yanğına çıxış olub, bir nəfər xilas edilib

Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən film nümayiş olunub

Şəhid gizirin son arzusu yerinə yetirildi VİDEO

Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini müasir silahlarla məhv etdi – ŞƏRH

DYP “Məktəblinin yol dostu” layihəsinə start verib