Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdullayev: “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”

Kamal Abdullayev: “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Noyabrın 1-də Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılmasını necə qiymətləndirirsiniz?

-Bu, çox ciddi və qarşısında böyük hədəfləri olan bir mərkəzdir. Ciddiliyi ondadır ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə doğru bir addım da atdıq. Azərbaycan təhsil sisteminin çox önəmli bir nöqtəsində - Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin yaranması ilə faktiki olaraq Azərbaycan tədrisinin multikultural və tolerant ənənələr ətrafında formalaşmasına doğru gedən daha bir yola çıxdıq. Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan bir təhsil müəssisəsidir. Güman edirəm ki, məhz burada multikulturalizmin elm və tədris bazasının yaradılması bu universitetin ümumi ideologiyasına böyük fayda verəcək. Bu gün “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzində çalışanlar universitetin tədris auditoriyalarına Azərbaycanda xüsusilə son dövrlərdə qəti şəkildə formalaşan multikultural ideyaların daşınmasına kömək edəcək. Bu, çox vacib məsələdir.

Bilirsiniz ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizmi fənnini uğurla tədris edir və bu say artan xətlə davam edəcək. Müxtəlif xarici universitetlər artıq özləri bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər edirlər. Qafqaz Universitetində açılan Elm-Tədris Mərkəzinin bir funksiyası da həmin universitetlərin Azərbaycan multikulturalizmi fənninə aid ədəbiyyat, dərs vəsaitləri, fənni yüksək keyfiyyətlə tədris edən müəllimlər və mütəxəssislər ilə təmin edilməsi olacaq. Bu dərslərin təmin edilməsi asan yolla başa gəlmir. Bu sıraya müəllim hazırlığı, elmi-metodik vəsaitlər daxildir. Bundan sonra bu işlərlə həm də bu Elm-Tədris Mərkəzi məşğul olacaq.

Mərkəzin açılışından sonra Beynəlxalq Tolerantlıq Günü münasibətilə Qafqaz Universitetində keçirilən tədbir zamanı orada necə savadlı, istedadlı gənclərin və dünyəvi, bəşəri dəyərlər üstündə köklənmiş niyyətlərin olduğuna şahid olduq. Bütün bunlar bizə əsas verir ki, biz bu ali təhsil ocağında və digər universitetlərimizdə Azərbaycan xalqının təbiətinə, ruhuna xas olan dəyərlərin yaşadılmasına və inkişaf etdirilməsinə daha çox dəstək verək.

-Gələcəkdə bu Elm-Tədris Mərkəzinin kafedraya çevrilməsi planlaşdırılırmı?

-Elm-Tədris Mərkəzi faktiki olaraq kafedra və elmi-tədqiqat laboratoriyasının birgə fəaliyyəti deməkdir. Elm-Tədris Mərkəzinə professor Həbib Zərbəliyev rəhbərlik edəcək. O, bundan əvvəl Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edən pedaqoqdur və multikulturalizm dəyərlərini dərindən mənimsəmiş mütəxəssisdir. Onun rəhbərliyi ilə Mərkəz bu istiqamətdə həm nəzəri, həm praktik baxımdan qarşıda duran vəzifələrin həlli ilə məşğul olacaq.

-Hazırda xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənnini azərbaycanlı və xarici mütəxəssislər tədris edirlər. Amma say baxımından hələ ki, azərbaycanlı mütəxəssislər üstünlük təşkil edir. Gələcəkdə tədris prosesində xarici ölkə mütəxəssislərinin sayının artırılması nəzərdə tutulurmu?

-Bu gün multikultural dəyərlərimizi tanıtmağın, öz həqiqətlərimizə kimlərisə inandırmağımızın ən doğru, düzgün və intellektual yollarından biri məhz Azərbaycan multikulturalizmi fənninin xarici universitetlərdə tədrisidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu layihəni uğurla həyata keçirir. Bu fənni tədris edən pedaqoqların hazırlanması prosesindən başlayaraq, onun dərs deyəcəyi xarici ölkəyə göndərilməsi prosesi, dərsin gedişi prosesində oraya monitorinq məqsədilə mütəxəssislərin ezam edilməsi və sonra tədrisin getdiyi xarici ölkə universitetlərindən tələbələrin multikulturalizm yay və qış məktəblərinə dəvət olunması - bütün bunlar Multikulturalizm Mərkəzinin vəsaiti və köməyi ilə həyata keçirilir. Bu iş gələcəkdə daha da genişləndiriləcək. Bu gün elə xarici ölkə universitetləri var ki, orada bu fənni yerli universitetin Azərbaycanı tanıyan, sevən və bizə inanan müəllim-professor heyəti öz öhdəsinə götürüb. Məsələn, Almaniyanın Auqsburq, Portuqaliyanın Lusofona, Rusiyanın Yekaterinburq universitetlərində yerli professorlar bu dərsi keçirlər. İtaliyada da biz buna doğru gedirik. Bu, həm də xarici ölkə mütəxəssisləri ilə əlaqələrin daha da möhkəmlənməsini, həmin auditoriyanın müəlliminə olan inamının daha da yüksək olmasını təmin edir, eyni zamanda, həmin ölkənin və Azərbaycanın multikultural dəyərlərinin bir yerdə paralel müqayisəli təhlilinə imkan verir. Başqa ölkələrin və xalqların öz multikultural ənənələrini daha dərindən öyrənməsi, həmçinin öz keçmişlərinə, əldə etdikləri dəyərli nailiyyətlərə bir daha nəzər salması baxımından bu gün Azərbaycan multikulturalizmi katalizator rolunu oynayır.

-Azərbaycan multikulturalizm modelinin təbliği və təşviqi məqsədilə beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilinin ölkəmizə hansı nəticələr qazandırdığını söyləmək olarmı?

-Yay və qış məktəbləri Azərbaycan multikulturalizminin təbliği və təşviqi prosesi ilə yanaşı, ölkəmizə yeni dostlar qazandırmaq istiqamətində böyük bir platforma rolunu oynayır. Məhz beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkilindən sonra “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yarandı. Birliyin yüzlərlə üzvü və beynəlxalq auditoriyaya hesablanmış saytı var. Azərbaycan həqiqətlərinə ağız büzən, inanmayan, tənqid edən böhtançı qüvvələrə qarşı bizlərdən öncə Birliyin üzvləri - Azərbaycanın gənc dostları Amerikada, Avropada öz səslərini ucaldırlar. İndi dünyada ölkəmizin həqiqətlərini Azərbaycanın dostları müdafiə edir .

- “Azərbaycanın Gənc Dostları Klubu”nun sosial bazasının daha da genişlənməsi üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Hesab edirəm ki, bu gənclərlə, tələbələrlə ünsiyyəti Azərbaycan multikulturalizmi fənninin tədrisi prosesi bitəndən sonra da davam etdirmək vacibdir. Vaxtaşırı onları Azərbaycanda olan tədbirlərə, layihələrə cəlb etməyi düşünürük. Həmin gənclər ölkəmizdə öz gözləri ilə şahid olduqları multikultural durum haqqında ailəsinə, dostlarına, tanışlarına məlumat verərək ölkəmizi sevənlərin sayının artmasına səbəb olurlar. Onlar öz gözləri ilə gördükləri və inandıqları doğruları öz dostlarının da həqiqətinə çevirməyi bacarırlar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçiriləcək təntənəli mərasimə “Azərbaycanın Gənc Dostları Klubu”nun üzvlərini də dəvət edib. Düşünürəm ki, onların Azərbaycanla əlaqəsini ömür boyu davam etdirmək lazımdır.

-Qafqaz Universitetindəki tədbirdə çıxış edərkən qeyd etdiniz ki, təqvimdə “Multikulturalizm ili” başa çatsa da, multikultural əhvali-ruhiyyə davam edir və edəcək. Bu əhvali-ruhiyyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxın zamanlarda daha hansı yeni layihələrində özünü göstərəcək?

-Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə, əlbəttə ki, bu hadisəyə, bu fenomenə çox böyük siyasi qiymət verdi. Eyni zamanda, Azərbaycan cəmiyyətini multikulturalizm ideyaları ətrafında müzakirələr aparmağa, bir araya gəlib görüşməyə, fikir mübadiləsi aparmağa və daha dəqiq orientlərə çıxmağa bir növ daxilən səfərbər etmiş oldu. Məndə qəti bir inam var ki, təqvim ili sona çatandan sonra cəmiyyətdə həm bu il, həm də bundan əvvəlki illər, hətta əvvəlki əsrlərdən bəri intuitiv şəkildə toplanan, bəlkə özümüzdən də xəbərsiz canımıza yığılan o multikultural və tolerantlıq enerjisi gələcəkdə də davam edəcək. İndiyəqədərki layihələrimiz – ölkədaxili və xarici universitetlərdə tədris, yeni-yeni kitabların çapı, həmçinin ilk sayından böyük marağa səbəb olmuş “Multikulturalizm” jurnalının fəaliyyəti davam etdiriləcək.

Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi daha yeni bir layihəyə imza atır. Artıq Multikulturalizm Mərkəzinin nəzdində elmi-metodiki seminar yaradılıb. Bu seminar faktiki olaraq Azərbaycan multikulturalizminin “Multikulturalizm ili”ndə və ondan əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili, qiymətləndirilməsi və perspektivlərə uyğunlaşdırılması, əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq. İndiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərin müəlliflərinin, Azərbaycan multikulturalizmi fənnini ölkə universitetlərində tədris edən mütəxəssislərin, Azərbaycan multikulturalizminin dostlarının və multikulturalizmin ab-havasında yaşam tərzini qurmaq istəyən insanların daxil ediləcəyi elmi-metodiki seminara professor Etibar Nəcəfov rəhbərlik edəcək. Seminarın ilk mövzusu artıq bəllidir: “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”. Eyni zamanda, biz ilk seminarda akademik Ramiz Mehdiyevin Bakıda keçirilən Beynəlxalq Humanitar Forumla bağlı “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsinin təhlilini nəzərdə tutmuşuq.

Görəcəyimiz işlər, həyata keçirəcəyimiz önəmli layihələr gələn illərdə də davam edəcək. Yeni-yeni “Azərbaycan multikulturalizmi” Elm-Tədris mərkəzlərinin açılması, bölgələrdə gənclərin məşğulluğunun təmin edilməsi və multikulturalizm ideyalarının daha dərindən aşılanması məqsədilə peşəyönümlü yaradıcılıq fakültələrinin təşkili nəzərdə tutulur. Bütün bunların həyata keçirilməsində məqsəd sevgi, mərhəmət, şəfqət hissləri üzərində bərqərar olan Azərbaycan multikulturalizminin ali dəyərlərinin işığında cəmiyyətdə münasibətlərin daha gözəl səviyyəyə çatdırılması, gənclərin müəyyən peşələrə yiyələnib işlə təmin olunmasıdır. Bu multikultural dəyərlər əsrlərdən bəri Azərbaycan ədiblərinin yaradıcılığında öz əksini tapıb. Multikulturalizm ideyaları humanitar təmayüllü ixtisaslarla yanaşı, daha çox texniki, dəqiq elmlər sahəsində təhsil alan, peşə öyrənən gənclər arasında təbliğ olunmalıdır. Azərbaycan multikulturalizminin əsas ideyası heç bir fərqliliyə baxmadan bir-birini sevmək və mərhəmət göstərməkdir. Məhz bunun sayəsində cəmiyyətin əmin-amanlığı və rifahı təmin oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO