İDMAN


Kamandar Məcidov: Azərbaycanın güləş üzrə millisi Rusiyadan sonra ikinci ən güclü komandadır

Minsk, 26 iyun, AZƏRTAC

Düşünürəm ki, Azərbaycanın güləş üzrə millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Sabiq SSRİ ölkələrinin güləşçiləri həmişə fərqlənib.

AZƏRTAC xəbər verir ki, bu fikri Minskə ezam olunan azərbaycanlı jurnalistlərə müsahibəsində Belarus Güləş Federasiyasının prezidenti, Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov söyləyib.

Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırladan həmyerlimiz bildirib ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında da lazımi şərait yaradılıb. Turist sayı baxımından irəliləyiş hiss olunur.

“Birinci Avropa Oyunları zamanı Bakıda yeni idman obyektləri inşa edildi. Burada da müəyyən yeniliklər edilib. Əvvəl elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək. Amma işin içində olduqca, görürsən ki, çətin məqamlar da olur. Bütün işləri təxminən iki ilə sığışdırdıq”, - deyə Kamandar Məcidov əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.