“Kamaz” zavodu 45 illik yubileyini qeyd edir
AzerTAg.az
Moskva, 16 fevral, AZƏRTAC
“Kamaz” yük avtomobillərinin istehsala başlanmasından 45 il ötür.
AZƏRTAC xəbər verir ki, “Kama Avtomobil Zavodu”nun (“Kamaz”) təməli 1969-cu ildə Kama çayının sahilində yerləşən Rusiyanın Tatarıstan Respublikasının Naberejnıy Çelnı şəhərində qoyulub. 1976-cı il fevralın 16-da ilk “Kamaz” avtomobili konveyerdən çıxıb.
İndiyədək zavod 2 milyondan çox yük avtomobili və bir o qədər də mühərrik istehsal edib. “Kamaz” avtomobillərindən dünyanın 80-dən çox ölkəsində istifadə olunur. Hazırda 106 müəssisəni birləşdirən “Kamaz” qrupu 60-dan çox yük maşını modeli istehsal edir.
Zavod Azərbaycanın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var