İDMAN


Kamboca şahzadəsi Fransanın “Sent-Etyen” klubunu almaqdan imtina edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Kamboca şahzadəsi Norodom Raviçok Fransanın “Sent-Etyen” klubunu almaqdan imtina edib.

AZƏRTAC “Get French Football News” nəşrinə istinadla xəbər verir ki, buna klubun ölkə çempionatında uğursuz çıxışı və maliyyə problemlərinin mövcudluğu səbəb olub.

Norodom tanınmış frankofil sayılır və babası Fransanın sabiq prezidenti Şarl de Qollun dostu olub. Futbol azarkeşi olan şahzadə Fransa klublarından birinə sahib olmaqla, iki ölkə arasında uzunmüddətli əməkdaşlıq qurmaq niyyətindədir.

Qeyd edək ki, “Sent-Etyen” cari mövsüm Fransa çempionatında 4 xal toplayıb və turnir cədvəlində sonuncu - 20-ci pillədə yer alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.